Ceb, Kross, Huk və Apperkot üzərində işləyərək öz kombinasiyanızı doldurun.
Rəqibinizin yumruğunun başınızdan keçməsinə icazə vermək üçün bütün bədəninizi aşağı salın.
Rəqibinizin yumruğunun başınızın yanından keçməsinə imkan vermək üçün başınızı sağa və ya sola sürüşdürün.
CEB
Sağ ayaq arxadadırsa Ceb sol əlinizlə yerinə yetirilir. Sol ayaq arxadadırsa (solaxay) Ceb sağ əlinizlə yerinə yetirilir. Zərbə zamanı eyni ayağı irəli aparın (sağ ayaq sağ əllə, sol ayaq sol əllə).
KROSS
Hansı əliniz arxadadırsa Kross arxa əl ilə yerinə yetirilir. Kross Güc zərbəsi sayılır və rəqibinizin əlcəklərinin ortasından və birbaşa rəqibinizin başına yönəldilmişdir. Ayaqlarınızı hərəkətsiz saxlayın və bu yumruq ilə pəncənin dönməsinə icazə verin.
HUK
Bu yumruq rəqibinizin başına (yan tərəfdən) yönəldilmişdir. Dirsəyiniz 90 dərəcə bükülür, arxa əllə zərbə endirəndə arxa ayaq pəncəsi dönür, ön əllə zərbədə ön əl sağdadırsa bədəni sağa burub zərbəni yerinə yetirin.
APPERKOT
Bu yumruq rəqibinizin çənəsinə yönəlib. Sol əl arxadadırsa özünüzü sola və aşağı salın zərbə zamanı arxa ayaq pəncəsini döndərin. Ön qolunuzu şaquli olaraq saxlayın. Bu yaxın məsafəli, qısa və sürətli bir yumruqdur.